Biznesinizi böyütməyə hazırsınız? Bizimlə Əlaqə

business-area

Türkdilli ölkələrin birliyi: “Made in Turan” brendi ilə yeni məhsullar bazara çıxır

Türkdilli ölkələrin istehsal etdiyi məhsulların vahid bir çətir altında tanıdılması üçün “Made in Turan” markası istifadəyə verilir.

“Azərbaycan Françayzinq Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Camid Mövsümov Bakıda keçirilən “Turan E-Ticarət və İxracat Forumu”nda brendin ilk məhsullarının təqdim olunduğunu bildirib.

“Biz bu brend vasitəsilə bazara yalnız keyfiyyətli məhsulların daxil olmasını istəyirik. “Made in Turan” yalnız qida məhsulları ilə məhdudlaşmayacaq, qeyri-qida məhsulları və digər xidmətləri də əhatə edəcək,” – deyə Mövsümov vurğulayıb.

 

Mənbə: upnews.az