Biznesinizi böyütməyə hazırsınız? Bizimlə Əlaqə

business-area

Azərbaycan Françayzinq Assosiasiyası ilə AKİAB Memorandum imzaladı

AKİAB-ın Azərbaycan Françayzinq Assosiasiyası ilə birgə görüşü baş tutdu. Görüşdə Françayzinq Assosiasiyası ilə AKİAB arasında memorandum imzalandı. Memorandumun imzalanma səbəblərindən ən başlıcası iş adamlarına yeni imkanların yaradılması idi.
2022-ci ildə təsis edilmiş “AFA”-nın əsas məqsədi Azərbaycan markalarının xaricə çıxışının təmin olunmasında dəstək göstərilməsi, lokal markalara investisiya dəstəyinin göstərilməsində birbaşa iştirak etmək və markaların menecment işinin xarici ölkələrdə təşkili istiqamətində fəaliyyət göstərməkdir.
Assosiasiyanın digər iş istiqaməti isə xarici markaların ölkəyə gətirilməsi və fəaliyyətinin təşkili prosesində, xarici markaların Azərbaycanda menecment sisteminin qurulmasında birbaşa iştirakdır.
Əlavə olaraq, görüş əsnasında "Françayzinq - alternativ biznes inkişaf modeli kimi" mövzusu müzakirə olundu və partnyorlar arasında ən yeni məlumatların alış-verişi baş tutdu.


Mənbə: www.akiab.az